Əziz ədəbiyyat sevərlər, əziz poeziya sevərlər!!!
Bu gündən etibarən sizinlə bir yola çıxmaq istəyirik. "Sözünüzü bizə urcah edin" sloqanı ilə daha gözəl, ürəklərə yaxın bir ədəbi platforma yaratmaq fikrindəyik. Sözü sevənlərin, ədəbiyyatı sevən hər kəsin özünü, sözünü ifadə edə biləcəyi bir onlayn dərgi ola biləcəyik deyə düşünürük.
Bu portalın gün ərzində yayımlanan yazı və Youtube kanalından paylaşılan şeirləri burada da yerləşdirəcəyik. Ümid edirik ki, Steemit üzərindən də izləyici, oxucu və dinləyici toplayacayıq.
Niyə "urcah" deyə ağlınıza suallar gələ bilər, sadəcə "urcah" etmək istədik.
Azərbaycanda yetişən yeni qələm sahiblərinə, qiraətçilərə bir meydan tanıyaq, əziyyətinizi biz çəkək.
Bu onlayn dərginin üzərində işləmədən öncə Youtube platformasında "Poeziya və Ədəbiyyat" adlı kanal açdıq, yaxın zaman kəsiyində otuzdan çox video hazırladıq və sizlərin zövq ala bilməyinizə az da olsa səbəb olduqsa nə gözəl halımıza.
Uzun sözü qısası sözünüzü və səsinizi bizə axrayınlıqla "urcah" edə bilərsiniz.